Главная > Dünya > “Ukraynadakı müharibə bunu bir daha sübut etdi”
“Ukraynadakı müharibə bunu bir daha sübut etdi”22-03-2022, 22:00. Разместил: admin |
![]() “Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 48-ci toplantısında çıxışı zamanı deyib. Türkiyəli nazirin sözlərinə görə, dünyanın müxtəlif regionlarında qan tökülməsi arasında fərq qoymaq yolverilməzdir. ““Ukrayna - Yaxın Şərq və Əfqanıstan deyil” söyləyənlər də var idi. Ancaq bizim üçün Türkiyədə - Xarkovda və ya Hələbdə insanların həlak olması arasında heç bir fərq yoxdur”, - Çavuşoğlu deyib. Türkiyəli nazir vurğulayıb ki, İslam hər bir müsəlmanda sülhə can atmağı formalaşdıran dünyanın dinidir. Çavuşoğlu Ukraynada qan tökülməsinin dayandırılmasına çağırıb. Вернуться назад |