Главная > Dünya / Manset > Türkiyə Qara dənizdə daha bir mina tapdı

Türkiyə Qara dənizdə daha bir mina tapdı


6-04-2022, 17:19. Разместил: admin
Türkiyə Qara dənizdə daha bir mina aşkar edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi sözügedən minanın Kefken adası sahillərində aşkar olunduğunu bildirib. Hazırda minanın zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, bununla da Türkiyənin Qara dənizdə aşkar etdiyi mina sayı 3-ə çatıb. Belə ki, ilk mina martın 26-sı İstanbul Boğazında, 2-ci mina isə martın 28-i İğneada sahillərində tapılmışdı.
Вернуться назад