Главная > Dünya > Nəhəng beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina ediblər
Nəhəng beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina ediblər16-04-2022, 08:30. Разместил: admin |
![]() Bildirilib ki, bir sıra iri beynəlxalq daşıyıcıların, ilk növbədə, Rusiyaya dost olmayan dövlətlərə məxsus daşıyıcıların əməkdaşlıqdan imtina etməsi səbəbindən yaranan müəyyən çətinliklər aradan qaldırılıb. “Çətinliklər Aİ-nin Rusiya nömrəli yük maşınlarının ölkəyə girişinə qadağa qoyması səbəbindən yaranıb. Həmçinin Avropa sığorta şirkətlərinin Rusiya ərazisində Aİ-dən gələn avtomobillər üçün riskləri qarşılamaqdan imtina etməsi də öz təsirini göstərib”, – deyə nazirlikdən açıqlama verilib. Həmçinin qeyd olunub ki, nazirlik vəziyyətə nəzarət edir və Rusiya şirkətlərinə problemlərin həllində köməklik göstərir. Eyni zamanda situasiya mərkəzi və qaynar xətt fəaliyyət göstərir. Вернуться назад |