Главная > Dünya / Manset > ABŞ, Britaniya və Kanada nümayəndələri rusiyalı nazirin çıxışı zamanı G20 iclasını tərk edib
ABŞ, Britaniya və Kanada nümayəndələri rusiyalı nazirin çıxışı zamanı G20 iclasını tərk edib21-04-2022, 10:20. Разместил: admin |
ABŞ, Britaniya və Kanada nümayəndələri Rusiyanın maliyyə naziri Anton Siluanovun çıxışı zamanı G20 iclasını tərk edib. Bu barədə Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak “Twitter”də yazıb. “Vaşinqtonda keçirilən G20-nin bugünkü iclasındı Rusiya təmsilçisi çıxış edərkən bizim nümayəndələr amerikalı və kanadalı həmkarlarla birlikdə tədbiri tərk ediblər. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və Rusiyanı cəzalandırmaq üçün beynəlxalq koordinasiyanın artırılmasında israr edəcəyik”, - nazir bildirib. Qeyd edək ki, “The Washington Post” da məsələ ilə yaxından tanış olan şəxslərə istinadən yazıb ki, Rusiyanın maliyyə naziri Anton Siluanovun videokanfrans vasitəsilə çıxışı başlayarkən ABŞ-ın maliyyə naziri Janet Yellen də daxil olmaqla, bir sıra ölkələrin rəsmiləri Vaşinqtonda keçirilən G20 iclasını tərk edib. Вернуться назад |