Главная > Dünya > Şimali Koreya üç ballistik raketin sınağını keçirib
Şimali Koreya üç ballistik raketin sınağını keçirib13-05-2022, 09:20. Разместил: admin |
Şimali Koreya Pxenyanın Sunan hava limanı ərazisindən Şərq dənizinə doğru üç qısamənzilli ballistik raket atıb. Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri jurnalistlərə açıqlamasında bildiriblər. “Hərbçilərimiz bu gün, mayın 12-də Şimali Koreya tərəfindən, Sunan hava limanı ərazisindən Yapon dənizinə doğru üç qısamənzilli ballistik raket buraxılışını qeydə alıblar”, - deyə məlumatda bildirilib. Uçuş məsafəsi, raketin uçuş hündürlüyü və digər detallar hələlik açıqlanmayıb. Qeyd edək ki, bu, Şimali Koreyanın 2022-ci ildə 16-cı silah sınağıdır. Xatırladaq ki, mart ayında Şimali Koreya “Xvason-17” qitələrarası ballistik raketinin sınağını həyata keçirib. Həmin vaxt yerli dövlət kanallarında Yaponiya dənizinə doğru atılan raketlə bağlı epik video təqdim edilmişdi. Вернуться назад |