Главная > Dünya / Manset > ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardımı çərşənbə günü təsdiqləyə bilər

ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardımı çərşənbə günü təsdiqləyə bilər


17-05-2022, 10:18. Разместил: admin
ABŞ Senatı respublikaçı senator Rend Polun müdaxiləsinə baxmayaraq, Ukraynaya təxminən 40 milyard dollarlıq hərbi və digər yardım paketini çərşənbə günü təsdiq etməyi planlaşdırır.

Bu barədə Mitç Makkonnell bəyan edib.

“Biz “cloture” (müzakirə limiti 30 saat) tətbiq etməyi gözləyirik. Ümid edirəm ki, nəzərəçarpacaq üstünlük bizə yardımı çərşənbə günü təsdiqləməyə kömək edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Senat bu qanun layihəsini sürətləndirilmiş prosedura əsasən qəbul etmək istəyirdi, lakin senator Pol düzəlişlərlə buna mane oldu. O təklif edib ki, bu paket çərçivəsində vəsaitlərin ayrılmasına nəzarət etmək üçün müfəttişlik yaradılsın.

Əgər Senat Polun düzəlişini qəbul etsəydi, qanun layihəsi ikinci səsvermə üçün Nümayəndələr Palatasına qayıtmalı və sonra yenidən Senatda nəzərdən keçirilməli idi.
Вернуться назад