Главная > Dünya / Manset > Bill Qeytsdən yeni pandemiya riski ilə bağlı PROQNOZ

Bill Qeytsdən yeni pandemiya riski ilə bağlı PROQNOZ


29-05-2022, 12:48. Разместил: admin
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib.

O, İspaniyanın “El Diario” qəzetinə müsahibəsində yaxın 20 ildə yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib.

“Microsoft” şirkətinin qurucusu yeni pandemiyanın bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana biləcəyini qeyd edib:

“Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir”.
Вернуться назад