Главная > Dünya / Manset > “New Shepard” növbəti dəfə turistləri kosmosa apardı
“New Shepard” növbəti dəfə turistləri kosmosa apardı5-06-2022, 09:17. Разместил: admin |
![]() Van Horn (Texas) şəhəri yaxınlığındakı kosmodromdan uçuş yerli vaxtla saat 08:26-da (Bakı vaxtı ilə 17:26) baş verib, bundan sonra gəmi təxminən 100 km hündürlüyə qalxıb, orada sərnişinlər çəkisizlik vəziyyətdə olublar. Uçuş cəmi 10 dəqiqədən bir qədər çox davam edib. Qeyd edək ki, bu, “New Shepard”-ın beşinci turistik uçuşu olub. İlk uçuşlar isə 2021-ci ilin iyul, oktyabr, dekabr aylarında, həmçinin bu ilin 31 martında baş verib. Вернуться назад |