Главная > Dünya > İnsan spermasında meymunçiçəyi tapıldı
İnsan spermasında meymunçiçəyi tapıldı13-06-2022, 10:42. Разместил: admin |
İtalyan alimləri meymunçiçəyi virusunu ilk dəfə olaraq insan spermasında aşkar ediblər. Bu barədə Lazzaro Spallanzani adına Milli Yoluxucu Xəstəliklər İnstitutunun baş direktoru Françesko Vaya bildirib. Məlumata görə, virus yoluxmuş şəxslərin toxum mayesində “çoxalmağa qadir formada” olub. Bildirilib ki, meymunçiçəyi institutun klinikasında müayinə olunan altı xəstənin spermasında aşkarlanıb. Tədqiqatçıları hazırda bu virusun insandan insana ötürülməsi mexanizmlərini tam başa düşmək üçün lazım olan tədqiqatları aparırlar. Alimlərin fikrincə, onların elmi işi virusun cinsi yolla ötürülməsi hipotezi ilə bağlı sualları aydınlaşdırmağa kömək edəcək. Вернуться назад |