Главная > Dünya / Manset > Fransada parlament seçkilərinin ikinci turu keçirilir
Fransada parlament seçkilərinin ikinci turu keçirilir19-06-2022, 10:21. Разместил: admin |
![]() Seçkilərdə 577 deputatın adı məlum olacaq. Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar. Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb. Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb. Bunun fonunda fransalı siyasətçilər seçiciləri ikinci tura fəal iştirak etməyə çağırıblar. Prezident partiyasının parlamentdə 415-445 yer qazanacağı proqnozlaşdırılır. Birinci turdan sonra solçu “Fəth edilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon ölkənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən parlament seçkilərində səslərin hesablanmasının dürüstlüyünə şübhə etdiyini bildirib. Вернуться назад |