Главная > Dünya / Manset > Şahzadə Qaşıqçının qətlindən sonra ilk dəfə Türkiyəyə gedir
Şahzadə Qaşıqçının qətlindən sonra ilk dəfə Türkiyəyə gedir22-06-2022, 21:19. Разместил: admin |
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının qətlindən bəri ilk dəfə Türkiyəyə səfər edəcək. “Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Məhəmməd bin Salman ilə korlanmış əlaqələri bərpa etmək üçün təkbətək danışıqlar aparacaq. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin aprelində Səudiyyə Ərəbistanına səfər edib. Xatırladaq ki, ABŞ-da yaşayan jurnalist və Səudiyyə Ərəbistanı hökumətini tənqid edən C. Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səslənir. Вернуться назад |