Главная > Dünya / Manset > Buraxılış imtahanlarında uğur qazanan misirli tələbə “sevincindən” öldü

Buraxılış imtahanlarında uğur qazanan misirli tələbə “sevincindən” öldü


2-08-2022, 12:49. Разместил: admin
Misirdə universitet məzunu buraxılış imtahanlarının cavabını aldıqdan sonra vəfat edib.

22 yaşlı gənc Cənub Vadisi Universitetinin təbiət elmləri fakültəsinin tələbəsi olub. Gənc imtahanların cavabları yazılmış zərfi açanda bütün sınaqlardan uğurla keçdiyini görərək çox sevinib, lakin eyni anda da sinəsində qəfil ağrı hiss edib.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlər tələbəyə ürək tutması diaqnozu qoyub və o, elə həmin gün dünyasını dəyişib.

Gəncin meyiti ailə üzvlərinə təhvil verilib və artıq dəfn olunub.

Hazırda ölkə prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.
Вернуться назад