Главная > Dünya / Manset > Erməni deputat: “Azərbaycanın tələbi ilə Qarabağdakı hərbçilərimiz tərxis olunur” - FOTO
Erməni deputat: “Azərbaycanın tələbi ilə Qarabağdakı hərbçilərimiz tərxis olunur” - FOTO3-08-2022, 19:16. Разместил: admin |
![]() Bu barədə erməni deputat Tiqran Abramyan özünün “Facebook” hesabında məlumat verib. O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir. “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, - deyə deputat yazıb. ![]() Вернуться назад |