Главная > Dünya / Manset > Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq
Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq25-08-2022, 10:41. Разместил: admin |
![]() Sistemin ilk elementləri Tayvanın nəzarətində olan Kinmen adalarında yerləşdiriləcək. “Bütün səviyyələrdə zabitlər və hərbi qulluqçular “münaqişələri və mübahisələri qızışdırmamaq” prinsipinə uyğun ayıq-sayıq olmağa davam edəcəklər”, - deyə bildirilib. Qərara səbəb isə Tayvandakı maneələrdən birinin üzərində uçan Çin PUA-sı ilə insident olub. Hərbçilər silahdan istifadə ittihamı doğurmamaq üçün onu daş ataraq qovmalı olublar. Tayvan hərbçilərinin reaksiyasını əks etdirən video Çin sosial mediasında sürətlə yayılıb. Вернуться назад |