Главная > Dünya / Manset > Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO


1-09-2022, 22:26. Разместил: admin
Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.

Sonra dövlət başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdiriblər.

Görüşdə Prezident İlham Əliyev İtaliyaya 2020-ci ildəki dövlət səfərini, bundan əvvəlki rəsmi və işgüzar səfərlərini xatırladıb.

Söhbət zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı qeyd edilib.

Nazirlər Şurasının Sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edilib. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulanıb.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulandı, bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18:26

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdirdilər.

17:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşüb.

Bu barədə dövlət başçısı “Facebook” hesabında paylaşım edib.










Вернуться назад