Главная > Dünya > Daha iki britaniyalı siyasətçinin adı seks qalmaqalına qarışdı

Daha iki britaniyalı siyasətçinin adı seks qalmaqalına qarışdı


2-09-2022, 19:41. Разместил: admin
Mühafizəkarlar Partiyasının iki keçmiş qadın əməkdaşı hökumət işçiləri tərəfindən təcavüzə məruz qaldıqları barədə ifadə verib.

Onların ifadələri “Sky News” nəşrində dərc olunub.

Əməkdaşlardan biri hazırkı nazirlərlərdən biri tərəfindən təcavüzə məruz qaldığını iddia edib.

O bildirib ki, nazir ona sərxoş olmasına baxmayaraq, israrla şərab içirdib və ardınca təcavüz edib.

Digər əməkdaş isə bildirib ki, baş nazirin Dauninq-stritdəki iqamətgahında vəzifəyə təyin edilmiş köməkçilərdən biri tərəfindən narahat edilib.

Nəşrin məlumatına görə, hökumət bundan xəbərdar olub, lakin polisə rəsmi açıqlama verilmədiyi üçün hər iki təqsirləndirilən şəxs mövqelərini qoruyub saxlayıblar.

Hadisələrin dəqiq nə vaxt baş verdiyi barədə məlumat verilmir.

Təqsirləndirilən şəxslərin adları da açıqlanmır.
Вернуться назад