Главная > Dünya > Çin nümayəndə heyətinə kraliça II Elizabetlə vidalaşmaq qadağan edilib

Çin nümayəndə heyətinə kraliça II Elizabetlə vidalaşmaq qadağan edilib


16-09-2022, 21:45. Разместил: admin
Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl Çin nümayəndə heyətinin kraliça II Elizabetlə vidalaşmaq üçün Londondakı Vestminster-holla getməsinə icazə verməyib.

Bu barədə spikerin özü məlumat verib.

Çin nümayəndə heyətinin bazar ertəsi, sentyabrın 19-da Vestminster abbatlığı kilsəsində kraliçanın dəfn mərasimində iştirak edəcəyi istisna edilmir, lakin onlar tabutun olduğu Vestminster-holla buraxılmayacaqlar.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Böyük Britaniya parlamenti Pekinin sanksiyalarına cavab olaraq Çinin ölkədəki səfiri Çjen Tszequanın Vestminster-holla girişinə qadağa qoyub. Bundan əvvəl Pekin Sincanda uyğurlara qarşı təzyiqlər barədə danışan bəzi britaniyalı deputatlara qarşı sanksiyalar tətbiq etmişdi.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Sentyabrın 19-dək onun nəşi Londondakı Vestminster sarayında olacaq ki, hər kəs kraliça ilə vidalaşa bilsin.

Rusiya, Belarus və Myanma mərasimdə iştirak üçün dəvət almayıblar.

Yeri gəlmişkən, mərasimə dəvət olunan dünya liderlərinə bir sıra qadağalar qoyulub. Məsələn, onlar ölkəyə kommersiya reysləri ilə gəlməlidirlər, həmçinin şəhər daxilində avtomobil və helikopterlərdən istifadə edə bilməzlər.
Вернуться назад