Главная > Dünya > İspaniyadan Ukraynaya iriçaplı döyüş sursatları göndərilib

İspaniyadan Ukraynaya iriçaplı döyüş sursatları göndərilib


18-09-2022, 10:48. Разместил: admin
İri çaplı artilleriya sistemləri və döyüş sursatlarını daşıyan təyyarə İspaniyadan Ukraynaya gəlib.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.

“Bu, son günlər ərzində Madriddən Kiyevə silah daşıyan beşinci təyyarədir. Qərb bizə nə qədər çox silah göndərsə, Ukrayna Rusiyanın təcavüzünü bir o qədər tez dayandıracaq”, - deyə Anton Qeraşenko vurğulayıb.

Bundan əlavə, Madrid Kiyevə tibbi ləvazimatları və ordunun qış ləvazimatları ilə təmin edən iyirmi yük maşını göndərib.
Вернуться назад