Главная > Dünya / Manset > II Elizabetin dəfn mərasimi başlayıb - CANLI YAYIM
II Elizabetin dəfn mərasimi başlayıb - CANLI YAYIM19-09-2022, 14:38. Разместил: admin |
![]() Təntənəli yürüş abbatlığın qərb qapısına çatacaq, burada tabutu daşıyanlar onu içəri aparacaqlar. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq anım mərasimindən sonra abbatlıqda və bütün ölkədə iki dəqiqəlik sükut elan ediləcək. Bundan sonra dövlət himni səsləndiriləcək. Bakı vaxtı ilə saat 15:15-də Kral III Çarlz və Kraliça-konsort Kamilla, Uels Hersoqu və Hersoginyası Uilyam və Keyt Middlton və kral ailəsinin digər üzvləri tabutu izləmək üçün yürüşə qoşulacaqlar. Bakı vaxtı ilə saat 22:30-da kraliça II Elizabet əri, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin də uyuduğu Vindzor sarayında dəfn ediləcək. Вернуться назад |