Главная > Dünya > Gürcüstanla Belarus arasında siyasi qalmaqal
Gürcüstanla Belarus arasında siyasi qalmaqal28-09-2022, 20:49. Разместил: admin |
Belarusun Tbilisidəki səfiri Anatoli Lis Belarus lideri Aleksandr Lukaşenkonun tanınmamış Abxaziya Respublikasına səfəri ilə əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik diplomata “həddən artıq narahatlığını” bildirib və Belarus tərəfdən əlavə izahat tələb edib. Gürcüstan mətbuatı Lukaşenkonun Abxaziyaya qeyri-rəsmi səfərinin Tbilisinin razılığı olmadan baş tutduğunu yazıb. Belarus lideri sentyabrın 26-da Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putinlə abxaz məsələsini uzun müddət müzakirə etdiyini də bildirib. Вернуться назад |