Главная > Dünya > Texas sakini 22 təqaüdçünü öldürərək zinət əşyalarını oğurlayıb

Texas sakini 22 təqaüdçünü öldürərək zinət əşyalarını oğurlayıb


9-10-2022, 12:18. Разместил: admin
Texasda 49 yaşlı Billi Çemirmir iki yaşlı qadını öldürdüyünə və onların zinət əşyalarını oğurladığına görə ömürlük həbs cəzasına məhkum edilib.

O, daha 20 analoji cinayətdə şübhəli bilinir.

Lakin qatilin Dallasda 87 yaşlı Meri Bruksuvə 81 yaşlı Luthi Harrisi öldürməsi artıq öz təsdiqini tapıb.

İstintaqın məlumatına görə, Billi əvvəlcə təqaüdçüləri güdüb, onları öldürərək qızıl-zinət əşyalarını oğurlayıb.

Onun qurbanlarından biri sağ qalıb. 91 yaşlı zərərçəkən bildirib ki, naməlum şəxs onun arxasınca evinə qədər gedib, mənzilinə girib, yastıqla onu boğmağa çalışıb, sonra isə qızıl-zinət əşyalarını götürüb.
Вернуться назад