Главная > Dünya > Almaniya prezidenti müharibə başlayandan bəri ilk dəfə Ukraynaya getdi
Almaniya prezidenti müharibə başlayandan bəri ilk dəfə Ukraynaya getdi25-10-2022, 11:41. Разместил: admin |
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya gedib. Bu, fevralın 24-də Rusiyanın hərbi əməliyyatlara başlamasından bəri Almaniya dövlət başçısının Ukraynaya ilk səfəridir. Kiyevdə Ştaynmayerin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Eyni zamanda, Almaniya dövlətinin başçısı Ukraynadakı dağıntıları öz gözləri ilə görmək istəyir. Almaniya prezidentinin bu ilin əvvəlində Kiyevə planlaşdırılan iki səfəri müxtəlif səbəblərdən baş tutmayıb. Вернуться назад |