Главная > Dünya / Manset > Erməni mediası: “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”
Erməni mediası: “Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur”31-10-2022, 10:17. Разместил: admin |
Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib. Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib. Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub. Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək. Вернуться назад |