Главная > Dünya > Tehran İT Gildiyasının nümayəndəsi: “Bu gün İranda internet deyilən şey yoxdur”
Tehran İT Gildiyasının nümayəndəsi: “Bu gün İranda internet deyilən şey yoxdur”7-11-2022, 16:22. Разместил: admin |
![]() Bunu Tehran İT Gildiyasının Direktorlar Şurasının üzvü Keyvan Camebozorg İranın internet sahəsinin bugünkü vəziyyətindən danışarkən bildirib. Onun sözlərinə görə, hazırda əllərində olan yeganə şey pozulmuş və qeyri-sabit bir şəbəkədir. İT mütəxəssisi eyni zamanda, hökumətin beynəlxalq platformaların fəaliyyətinə ümid etməyinə dəymədiyini açıq şəkildə bildirdiyini vurğulayıb. “Gələcəkdə belə siyasətin nəticəsi o olacaq ki, bizdə internet iqtisadiyyatı olmayacaq, həmçinin iqtisadiyyatın bütün sahələri rəqəmsal sahədə illərlə geri qalacaq”, - deyə o vurğulayıb. K.Camebozorg həmçinin milli internetin kifayət etmədiyini vurğulayıb. “Beynəlxalq platformalara çıxış olmadan bu şəbəkə mənasızlaşır”, - deyə o sözlərini yekunlaşdırıb. Вернуться назад |