Главная > Dünya / Manset > G20 ölkələri birgə bəyannamə qəbul ediblər

G20 ölkələri birgə bəyannamə qəbul ediblər


16-11-2022, 16:00. Разместил: admin
Balidə keçirilən G20 sammitinin iştirakçıları tədbirdən sonra birgə bəyannamə üzərində razılığa gələ biliblər.

Bu barədə İndoneziya Prezidenti Coko Vidodo bildirib.

2022-ci ildə keçirilən G20 tədbirlərinin əksəriyyəti Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı konsensusun əldə edilməsinin mümkünsüzlüyü səbəbindən birgə sənədlərin qəbulu olmadan başa çatıb.

Yekun bəyannamədə G20 ölkələrinin əksəriyyəti Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qarşı çıxıb, lakin qeyd olunub ki, bütün dövlətlər bununla razı deyil.

Bəyannamədə G20 ölkələri kənd təsərrüfatı məhsullarının açıq, şəffaf və ayrı-seçkilik olmadan ticarətini təmin etməklə bağlı qida və gübrələrin ixracına qadağa və məhdudiyyətlərin tətbiqinə qarşı çıxış ediblər.
Вернуться назад