Главная > Dünya > Pavel Felgenhauer: “Qazaxlar və qırğızlar heç vaxt İrəvan üçün Bakıya qarşı vuruşmayacaqlar”

Pavel Felgenhauer: “Qazaxlar və qırğızlar heç vaxt İrəvan üçün Bakıya qarşı vuruşmayacaqlar”


26-11-2022, 17:00. Разместил: admin
“KTMT-yə üzv dövlətlərin Ukraynadakı müharibəyə Rusiyanın tərəfində müdaxilə edə bilmək imkanı var, baxmayaraq ki, mən belə bir şeyin mümkünlüyünü görmürəm”.

Bu barədə tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Oxu.Az-a şərhində deyib.

O qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü yox, KTMT ölkələri istəsələr, müharibəyə müdaxilə edə bilərlər.

“Belə ki, Belarus öz ərazisindən istifadəni təmin edərək artıq de-fakto iştirak edir. Amma deyək ki, Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək Ermənistanın qətiyyən vecinə deyil. Elə KTMT-yə üzv olan Mərkəzi Asiya ölkələrinin də qoşulmağının mənası yoxdur. Amma bir təşkilat olaraq - hamısı birlikdə - iştirak ümumiyyətlə qeyri-realdır. KTMT, demək olar ki, heç vaxt birgə fəaliyyət göstərmir. Bu, Rusiyanın bəzi ölkələrlə, keçmiş sovet respublikaları ilə ittifaqıdır.

Rusiya Federasiyası KTMT-nin istənilən tədbirində, o cümlədən təlimlərdə mütləq iştirak edir. Digərləri isə qoşula və ya qoşulmaya bilərlər. Bu, ABŞ-nin Şimali Atlantika alyansındakı dominantlığına (necə ki Rusiya KTMT-də dominantdır) baxmayaraq, NATO-nun necə fəaliyyət göstərdiyinə o qədər də oxşamır. Amma deyin görüm, Tacikistan və Belarusun ümumi maraqları nədən ibarətdir? Qırğızıstan və Qazaxıstan Ermənistan üçün Azərbaycana qarşı müharibəyə gedəcəklərmi? Yoxsa qırğızlar taciklərlə üz-üzə gəlsələr, bunun Ermənistanla nə əlaqəsi var? KTMT dövlətlərini hətta ümumi rəqib də birləşdirmir. Bunlar sadəcə olaraq Rusiyanın müxtəlif tərəfdən müttəfiqləridir. Deməli, KTMT özünəməxsus bir ittifaqdır.

Ukrayna mövzusuna qayıdaraq onu deyim ki, bəli, Belarus Rusiya Federasiyasına öz ərazisini verir, silahlı qüvvələrini yox. Rusiya heç onlardan istifadə etməyəcək, çünki Belarus ordusu çox kiçikdir.
Вернуться назад