Главная > Dünya > Rusiya səfiri Kanada XİN-ə çağırıldı: Etiraz bildirildi

Rusiya səfiri Kanada XİN-ə çağırıldı: Etiraz bildirildi


19-01-2023, 14:47. Разместил: admin
Rusiya səfiri Kanada XİN-ə çağırıldı: Etiraz bildirildi

Rusiyanın Ottavadakı səfiri Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiyanın Ukraynanın Dnepr şəhərində dinc sakinlərə qarşı amansız zərbələri ilə bağlı səfirə etiraz bildirilib.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat verib.

“Biz koordinasiya edilmiş sanksiyalarla Rusiya rejimini boğmağa və Rusiya yalanlarına faktlarla qarşı çıxmağa davam edəcəyik”, - deyə Coli qeyd edib.

Melani Colinin çıxışında iştirak edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də bu bəyanatı dəstəkləyib.
Вернуться назад