Главная > Dünya > Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – FOTO
Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – FOTO17-02-2023, 11:08. Разместил: admin |
Ukrayna 100 hərbçi və bir mülki vətəndaşı əsirlikdən geri qaytarıb. Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, 94 hərbçi Mariupolu müdafiə edib, onlardan 64-ü “Azovstal”da döyüşüb. “Azad edilən döyüşçülər arasında qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onların yaxınları uzun müddətdir ki, yollarını gözləyirdilər”, - Yermak “Telegram” mesajında yazıb. Ofis rəhbəri qeyd edib ki, sərbəst buraxılan çox sayda qəhrəman müxtəlif dərəcəli xəsarətlər alıb. Yermak onu da əlavə edib ki, aidiyyəti təşkilatlar Rusiya əsirliyində qalan digər hərbi əsirlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər. Вернуться назад |