Главная > Dünya / Manset > Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ
Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ26-02-2023, 10:21. Разместил: admin |
![]() Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub. “Report”un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson müvafiq qərar imzalayıb. Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqırımı qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını da fikirlərinə əlavə edib. ![]() Вернуться назад |