Главная > Dünya > Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb


21-03-2023, 20:13. Разместил: admin
Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Türkiyənin Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi üçün Türkiyə Seçki Komissiyasına müraciət ediblər.

Hər iki partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrupları martın 16-da ayrı-ayrılıqda keçirdikləri qapalı qrup toplantılarında Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qərar veriblər.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının qrup sədri İsmət Yılmaz, Milliyyətçi Hərəkət Partiyasının qrup sədr müavini Erkan Akçay, Ədalət və İnkişaf Partiyasının sədr müavini Əli İhsan Yavuz və Milliyyətçi Hərəkət Partiyasının sədr müavini Feti Yıldız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi üçün Türkiyə Seçki Komissiyasına müraciət ediblər.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.

Mənbə: Haber Global
Вернуться назад