Главная > Dünya > Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb


13-04-2023, 11:01. Разместил: azadses
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

“Report”un məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Qeyd olunub ki, bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Şimali Koreya bundan əvvəl martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.

Raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

Yaponiyanın Baş naziri Fumio Kisida KXDR tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar gəmilərin və təyyarələrin təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.

Bildirilib ki, o, həmçinin əhaliyə operativ məlumat verilməsi, eləcə də gözlənilməz vəziyyətlə bağlı hazırlığın təmin edilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.

Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, KXDR 2022-ci ildə görünməmiş sayda təxribatlar törədib, regionda sabitliyi pozub.


Вернуться назад