Главная > Dünya > Şoltsun həyat yoldaşı tənqidlərdən sonra postunu tərk etdi

Şoltsun həyat yoldaşı tənqidlərdən sonra postunu tərk etdi


18-04-2023, 07:44. Разместил: azadses
Almaniya kansleri Olaf Şoltsun həyat yoldaşı, Brandenburqun təhsil naziri Britta Ernst səbəb göstərmədən istefa verib.

Brandenburq federal əyalətinin baş naziri Ditmar Voidke Ernstin ərizəsini qəbul edib və nazir kimi 6 illik fəaliyyətinə görə ona təşəkkür edib.

Şoltsun həyat yoldaşının istefasının rəsmi səbəbi barədə məlumat verilməsə də, ölkə mətbuatında istefanın Ernstin məktəb və məktəbəqədər təhsil sisteminin təşkili baxımından fəaliyyətindən narazı olan ictimaiyyət nümayəndələrinin çıxışları fonunda verildiyi qeyd edilir.
Mənbə: DPA


Вернуться назад