Главная > Dünya > ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib
ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib19-04-2023, 12:10. Разместил: azadses |
Amerika Birləşmiş Ştatları Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır. “Report” xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib. O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb. Belə bir layihə, Hrubinin fikrincə, Rusiya və Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək. Qeyd edək ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, ABŞ-la strateji sabitliklə bağlı dialoq üçün heç bir ilkin şərt yoxdur. Вернуться назад |