Главная > Dünya > İndoneziyada güclü zəlzələ olub
İndoneziyada güclü zəlzələ olub22-04-2023, 21:31. Разместил: azadses |
İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində, zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə məlumat verilməyib. Вернуться назад |