Главная > Dünya > Sorğu: “ABŞ-da dörd çinlidən üçü irqi ayrı-seçkiliyə məruz qalır”
Sorğu: “ABŞ-da dörd çinlidən üçü irqi ayrı-seçkiliyə məruz qalır”2-05-2023, 12:09. Разместил: azadses |
“Çin əsilli ABŞ vətəndaşlarının dörddə üçü son bir ildə irqi ayrı-seçkiliyə məruz qalıb”. “Report”un məlumatına görə, bu barədə Kolumbiya Universitetinin və ABŞ vətəndaşlığına malik tanınmış çinlilərdən ibarət qeyri-kommersiya təşkilatı olan “Yüzlər Komitəsi”nin tədqiqatı ilə tanış olan “Axios” portalı məlumat yayıb. Qeyd olunub ki, təxminən dörd çinli amerikalıdan üçü son 12 ayda irqi ayrı-seçkiliyə məruz qaldığını etiraf edib və hər üç nəfərdən ikisi nifrət cinayətlərinə qarşı xüsusilə diqqətli olmaları lazım olduğunu düşünür. Bundan əlavə, sorğu iştirakçılarının demək olar ki, 50%-i ABŞ-ın digər sakinlərinə nisbətən onlara daha az hörmətlə yanaşıldığını hiss edib, 25%-dən çoxu fiziki təhdidlər, hücumlar, vandalizm, əmlaka ziyan və irqi təhqirlər kimi qərəz və nifrət yaşadıqlarını bildirib. Вернуться назад |