Главная > Dünya > Pentaqon “Javelin” komplekslərinin istehsalı üçün 7,2 milyard dollarlıq müqavilə imzalayıb
Pentaqon “Javelin” komplekslərinin istehsalı üçün 7,2 milyard dollarlıq müqavilə imzalayıb4-05-2023, 12:59. Разместил: azadses |
ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatlar və beynəlxalq müştərilər üçün tank əleyhinə “Javelin” raket komplekslərinin alınması və istehsalı üçün 7,2 milyard dollarlıq müqavilə imzalayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Pentaqon “Javelin” komplekslərinin istehsalı və alınmasını “Lockheed Martin” və “Raytheon” şirkətlərinə həvalə edib. Müqavilə qeyri-müəyyən çatdırılma müddəti və qeyri-müəyyən miqdarda 2023-2026-cı maliyyə illəri üçün bağlanıb. Müdafiə nazirinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş bildirib ki, Pentaqon ABŞ hərbi-sənaye kompleksindəki şirkətlərlə birlikdə “Javelin” komplekslərinin istehsalı və çatdırılması ilə bağlı vaxt çərçivəsini azaltmağa çalışır. Məmur qeyd edib ki, belə bir müqavilənin bağlanması Vaşinqtonun silahların alınmasına və döyüş sursatının artırılmasına nə qədər ciddi yanaşdığını təsdiqləyir. Вернуться назад |