Главная > Dünya > ABŞ senatorları Pentaqondan tələb etdi: “Rusiyanın cinayətlərinə dair sübutlar Haaqa məhkəməsinə verilsin”

ABŞ senatorları Pentaqondan tələb etdi: “Rusiyanın cinayətlərinə dair sübutlar Haaqa məhkəməsinə verilsin”


13-05-2023, 14:28. Разместил: azadses
ABŞ senatorları Rusiyanın Ukraynadakı cinayətlərinə dair sübutların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilməsi üçün Pentaqona təzyiqləri artırırlar.

ABŞ Senatında dinləmələr zamanı bir sıra senatorlar Pentaqonun fəaliyyətini kəskin tənqid ediblər və bildiriblər ki, Pentaqon Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edən ABŞ agentlikləri siyahısında deyil.

Senatın Hüquq Komitəsinin rəhbəri, demokrat senator Dik Durbin ABŞ-nin müdafiə naziri Lloyd Ostindən niyə Müdafiə Nazirliyinin Rusiya cinayətləri ilə bağlı sübutları BCM-nin prokuroru Karim Xana təqdim etmədiyini soruşub.

O xatırladıb ki, müharibə cinayətlərinin araşdırılması və cəzalandırılmasının vacibliyini nəzərə alaraq Konqres keçən il ABŞ-yə müharibə cinayətlərinə dair kritik sübutları və kəşfiyyat məlumatlarını Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşmək səlahiyyəti verib. Buna baxmayaraq Pentaqon öz məlumatlarını BCM-yə təqdim etməyib.
Müdafiə naziri Lloyd Ostin cavabında bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması ilə tam razıdır, lakin onun prioriteti ABŞ hərbçilərini qorumaqdır.

Respublikaçı senator Lindsi Qrem senatorlar və Pentaqon rəsmiləri arasında növbəti görüşün keçirilməsini təklif edib. O, hərbçilərin Rusiyanın hərbi cinayətləri ilə bağlı məlumatları beynəlxalq məhkəməyə təqdim etmələrinə nəyin mane olduğunu öyrənmək istədiklərini qeyd edib.

Mənbə: Yevropeyskaya pravda


Вернуться назад