Главная > Dünya > Peru parlamenti Meksika prezidentini “persona non qrata” elan edib
Peru parlamenti Meksika prezidentini “persona non qrata” elan edib23-05-2023, 08:47. Разместил: azadses |
Peru Konqresinin (Parlamenti – Red) Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun Cənubi Amerika respublikasının hakimiyyətini tənqid etdiyinə görə onun “persona non qrata” (arzuolunmaz şəxs) elan edilməsi ilə bağlı qərar qəbul edib. “Report” xəbər verir ki, bu barədə parlamentin tviter səhifəsində məlumat yerləşdirilib. Qeyd olunub ki, 11 lehinə səslə Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun bəyanatlarını pisləyən və onu “persona non qrata” elan edən qətnaməni təsdiqləyib. İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronu “persona non qrata” elan edib. Вернуться назад |