Главная > Dünya > Brüsseldə Almaniya və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşüb

Brüsseldə Almaniya və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşüb


23-05-2023, 08:55. Разместил: azadses
Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında mübahisə baş verib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşrinin köşə yazarı Yakopo Barigatsi yazıb.

Dörd diplomatın sözlərinə görə, mayın 22-də nazirlər Macarıstanın “OTP” bankının Ukraynadakı münaqişədəki rolu ilə bağlı mübahisə ediblər.

Nəşr qeyd edib ki, Burbok Siyartonu Avropa İttifaqından Ukraynaya əlavə hərbi yardımı təsdiqləməkdən imtina etdiyinə görə qınayıb.

Alman diplomat Macarıstanın “OTP” bankı ilə bağlı bəzi məlumatlara istinad edərək onu beynəlxalq hüququ pozmaqda ittiham edib.


Вернуться назад