Главная > Dünya > Nikkei: Yaponiya peykləri izləməkdə ABŞ-yə qoşula bilər
Nikkei: Yaponiya peykləri izləməkdə ABŞ-yə qoşula bilər24-05-2023, 11:58. Разместил: azadses |
Yaponiya hökuməti Vaşinqtonun rəhbərliyi altında fəaliyyət göstərən Birgə Kosmik Əməliyyatlar Mərkəzi çərçivəsində ABŞ rəhbərliyinin xarici peyklərin izlənilməsi üzrə fəaliyyətində iştirak etmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb. Mərkəzin işinə Avstraliya, Böyük Britaniya və Kanadanın rəhbər orqanları cəlb olunub. Gözlənilir ki, Tokionun əlaqəli fəaliyyətlərdə iştirakı Yaponiyanın öz dövlət və özəl peyklərini qorumaq qabiliyyətini təkmilləşdirəcək, həmçinin ölkənin müdafiə qabiliyyətini artıracaq. Eyni zamanda, qəzet qeyd edib ki, rəsmi Tokio yayda mərkəzə qoşulmaq planlarını rəsmən elan edə bilər. Вернуться назад |