Главная > Dünya > Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib26-05-2023, 09:31. Разместил: azadses |
Yaponiya hakimiyyəti Xirosimada keçirilən G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirib. “Report” xəbər verir ki, bu barədə “Reuters” hökumətin bülleteninə istinadən məlumat yayıb. Sənəddə deyilir ki, Yaponiya Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, o cümlədən hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək. Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kisida bir müddət əvvəl G7-yə üzv ölkələrin Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirəcəklərini bildirib. Onun sözlərinə görə, nəzarət tədbirləri gücləndirilməlidir ki, Rusiya tərəfi heç bir şəkildə sanksiyaların təsirindən yayınmasın. Вернуться назад |