Главная > Dünya > ABŞ prezidentliyinə namizəd Ukrayna müharibəsinə 72 saat ərzində son qoyacağına söz verdi

ABŞ prezidentliyinə namizəd Ukrayna müharibəsinə 72 saat ərzində son qoyacağına söz verdi


10-06-2023, 19:01. Разместил: azadses
Amerikalı biznesmen Vivek Ramasvami 72 saat ərzində Ukrayna müharibəsinə son qoyacağına söz verib.

O, bu barədə “Politico” nəşrinə müsahibəsində deyib.

Vivek Ramasvami bildirib ki, ABŞ prezidenti seçilərsə, üç gün ərzində Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar aparmağa çalışacaq və Ukrayna bu sövdələşmə ilə razılaşmasa, Amerikanın köməyindən məhrum olacaq.

Ramasvami prezidentlik səlahiyyət müddətinin əvvəlində Putinlə görüşmək istədiyini və Ukrayna ilə bağlı razılığa gəlmək üçün ona 72 saat lazım olduğunu qeyd edib. Danışıqlar zamanı Vaşinqton Ukraynaya iqtisadi və hərbi yardımı donduracaq ki, etibar qazana bilsin.
Tərəflər razılıq əldə etdiyi halda Kiyev müharibəni davam etdirmək qərarına gələrsə, o zaman Vaşinqton ona dəstəyi dayandıracaq. Əgər Rusiya sonradan sazişin şərtlərinə əməl etməkdən imtina edərsə, o zaman Ukrayna dərhal NATO-ya qəbul ediləcək, Moskva isə yeni sanksiyalara məruz qalacaq və ona maksimum təzyiq göstəriləcək.

Avropanı öz planına necə inandıra biləcəyindən danışan ABŞ prezidentliyinə namizəd NATO daxilində güclü öhdəliklərə işarə edib və bildirib ki, müttəfiqlər bunlara əməl etmədikləri təqdirdə Vaşinqtonun dəstəyini itirmə riski ilə üzləşə bilərlər.

Mənbə: MK.ru


Вернуться назад