Главная > Dünya > Suriyada ABŞ helikopteri qəzaya uğrayıb, 20-dən çox hərbçi yaralanıb

Suriyada ABŞ helikopteri qəzaya uğrayıb, 20-dən çox hərbçi yaralanıb


13-06-2023, 14:20. Разместил: azadses
Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb.

“Report” xəbər verir ki, müvafiq bəyanatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.

Qeyd olunub ki, təyyarə iyunun 1-də qəzaya uğrayıb, lakin hadisənin nəticələri barədə əvvəllər məlumat verilməyib.

Qəza nəticəsində 22 ABŞ hərbçisi müxtəlif dərəcəli ağır bədən xəsarətlərı alıb, on nəfər müalicə olunmaq üçün təxliyə edilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.


Вернуться назад