Главная > Dünya > Niderland Qolodomor faciəsini soyqırımı kimi tanıyıb
Niderland Qolodomor faciəsini soyqırımı kimi tanıyıb7-07-2023, 16:33. Разместил: azadses |
Niderland parlamenti Qolodomor faciəsini soyqırımı kimi tanıyıb. “Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb. O bildirib ki, Niderlandın Nümayəndələr Palatası 1932-1933-cü illər Qolodomor faciəsini soyqırımı kimi tanıyıb: “Bu, tarixi həqiqətin bərqərar olması yolunda mühüm addımdır”. D.Kuleba Niderlanda təşəkkür edib. Qeyd edək ki, "Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını deyirlər. "Qolodomor" qurbanlarının xatirəsi rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Вернуться назад |