Главная > Dünya > Yaponiyada leysan altı nəfərin həyatına son qoyub
Yaponiyada leysan altı nəfərin həyatına son qoyub11-07-2023, 15:11. Разместил: azadses |
Yaponiyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir. Qeyd edək ki, Yaponiyanın cənub-qərbində güclü leysan yağışları ötən həftənin sonundan davam edir. Oita, Saqa və Fukuoka prefekturalarının bəzi ərazilərində yağıntının miqdarı 55-92 mm/saat təşkil edib. Bu, çaylarda daşqınlara və sürüşmələrə səbəb olub. Вернуться назад |