Главная > Dünya > Çin Tayvan yaxınlığında orta mənzilli raketlərin sayını artırır

Çin Tayvan yaxınlığında orta mənzilli raketlərin sayını artırır


23-07-2023, 12:55. Разместил: azadses
Çin Xalq Azadlıq Ordusunun (PLA) Raket Qüvvələri Tayvan yaxınlığında “DF-17” orta mənzilli raketlərin sayını artırır.

“Report” xəbər verir ki, bu barədə ekspertlərə istinadən “South China Morning Post” qəzeti yazıb.

Qeyd olunub ki, Pekin Cənub-Şərqi Çindəki raket qüvvələrinin xidmətində olan qısa mənzilli (1000 km-ə qədər) ballistik raketləri sürətlə DF-17 ilə əvəz edir və onların sayını artırır.

Pentaqonun məlumatına görə, “DF-17”lər 1,8 mindən 2,5 min km-ə qədər məsafədə olan hədəfləri vurmağa qadirdir. Uçuş ballistik deyil, aşağı trayektoriya ilə baş verir, sürət isə 6,1 ilə 12,4 min km/saata çatır.


Вернуться назад