Главная > Dünya > “The Washington Post”: “Putin Priqojinin üsyanını bilirdi və qarşısını almaq üçün kifayət qədər vaxtı var idi”
“The Washington Post”: “Putin Priqojinin üsyanını bilirdi və qarşısını almaq üçün kifayət qədər vaxtı var idi”26-07-2023, 16:05. Разместил: azadses |
“Rusiya xüsusi xidmət orqanları ən azı iki-üç gün əvvəl Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Yevgeni Priqojin öz hərbi şirkətindən istifadə edərək qiyam hazırlaya bilər”. Bu barədə Avropa kəşfiyyatındakı mənbə bildirib. Nəticədə strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib, mühafizəçilərin sayı artırılıb və onlara daha çox silah verilib. Bundan başqa isə heç bir tədbir görülməyib. Mənbənin sözlərinə görə, Putinin qiyamın qarşısını almaq və təşkilatçıları həbs etmək üçün kifayət qədər vaxtı olub. Lakin qiyam başlayanda bütün səviyyələrdə iflic, narahatlıq və çaşqınlıq yaranıb. “Uzun müddət ərzində onlar necə reaksiya verəcəklərini bilmirdilər”, - deyə mənbə qeyd edib. Avropa kəşfiyyatındakı mənbə bildirib ki, “Vaqner”in qiyamı başlayanda Kremldən əmrlərin gəlməməsi rəsmiləri müstəqil şəkildə qərar verməyə vadar edib. Hərbçilər və yerli təhlükəsizlik xidmətlərinin rəhbərləri kolonu dayandırmamaq qərarına gəliblər. Onların bir çoxu Putinin təcili şəkildə telemüraciətə baxmayaraq, qiyamın Kremllə razılaşdırılmadan baş verə biləcəyinə inanmayıblar. Bu qiyam Ukrayna ilə bağlı Rusiyanın təhlükəsizlik və hərbi strukturlarında dərin çatların olduğunu ortaya çıxarıb. Mənbə bildirib ki, hərbçilərin və xüsusi xidmət orqanlarının yuxarı eşelonlarında olan bir çox şəxslər Priqojinin ölkənin ali rəhbərliyini devirmək cəhdini dəstəkləyiblər. Xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri yenə də “Vaqner”çilərin qiyamından və Kremlin reaksiyasından dəhşətə gəliblər. Rusiyalı diplomatlardan birinin sözlərinə görə, ölkədə qarışıqlıq hökm sürüb. Bu qarışıqlığın hansı dərəcədə olduğu mübahisə mövzusu olsa da, ortada razılaşmanın olmadığı həqiqəti olub. Rusiya elitasının üzvləri bildiriblər ki, Kremlin Putinin vəziyyətə nəzarət etdiyini göstərmək cəhdlərinə, həmçinin müharibə tənqidçiləri və Priqojinin tərəfdarlarını təmizləmə kampaniyasına baxmayaraq, Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqları davam edəcək. Mənbə: “The Washington Post” Вернуться назад |