Главная > Dünya > Pakistanda 5 maqnitudada zəlzələ baş verib

Pakistanda 5 maqnitudada zəlzələ baş verib


5-08-2023, 12:02. Разместил: azadses
Pakistanda 5 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 700 min nəfər əhalisi olan Battaqram şəhərindən 25 km şimal-qərbdə, mənbə 43 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Вернуться назад