Главная > Dünya > Səudiyyə Ərəbistanı Fələstinə ilk səfir təyin edib

Səudiyyə Ərəbistanı Fələstinə ilk səfir təyin edib


13-08-2023, 07:54. Разместил: azadses
Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri, eyni zamanda Fələstinə səfir təyin edilib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi X-dəki hesabında bildirib.

Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.

Əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat sayılır.


Вернуться назад