Главная > Dünya > Argentinada inflyasiya 60%-i ötüb
Argentinada inflyasiya 60%-i ötüb16-08-2023, 08:43. Разместил: azadses |
Argentinada iyulda qiymət artımı 6,3% təşkil edib, ilin əvvəlindən inflyasiya 60%-i keçib. “Report” xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir. Qeyd olunub ki, istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin iyul ayında 6,3%, məcmu (illik – Qeyd) artım 60,2% təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə artım 113,4% olub. İyul ayı ilə müqayisədə illik ifadədə inflyasiya aşağı düşüb. O zaman bu göstərici 115,6%-ə çatıb. Hesabatı tərtib edənlərin məlumatına görə, iyulda ən çox (12,2%) rabitə xidmətləri artıb. İstirahət və mədəniyyət sahəsində qiymətlər 11,2%, ərzaq qiymətləri isə 5,8% bahalaşıb. Argentina artıq bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. Fevralda illik inflyasiya 102,5%-ə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. 2022-ci ilin sonunda qiymət artımı 94,8%, 2021-ci ildə 50,9%, 2020-ci ildə 36,1%, 2019-cu ildə 53,8% olub. Вернуться назад |